Günün ikinci yarısından başlayaraq Gəncə şəhəri və ətraf rayonlara güclü yağış yağıb, Goranboya dolu düşüb, bəzi kəndlərə sel gəlib, fəsadlar yaradıb.
OXU24.COM xəbər verir ki, hava şəraiti səbəbindən əsas fəsadlar Goranboy rayonunun Gürzalar və digər kəndlərində qeydə alınıb.
Belə ki, yağan güclü yağışdan sonra sel suları kəndin avtomobil yollarına, təsərrüfata zərər vurub. Bir neçə avtomobil sel sularına düşüb, zərər görüb.
Elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, Goranboy və Şəmkir rayonlarına dolu da yağıb.
Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Oxu24.com
ŞƏRHLƏR