Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88061
az

Puşkinin sarışın adam qorxusu: Gerçəkləşən kəhanət

20:3128 Aprel, 2023
107
DÜNYA
  • A

OXU24.COM lent.az-a istinadən Rusiyanın böyük şairi Aleksandr Sergeyeviç Puşkinin taleyində baş vermiş mistik məqam barədə məlumat verir.

Şairin gəncliyində Peterburqda alman əsilli Kirxqof adlı məşhur bir falçı yaşayırdı. Bütün elitanın üz tutduğu falçıya hələ o zaman məşhurlaşmamış gənc Puşkin də müraciət edir və aldığı xəbərlər bütün ömrü boyu onun qorxulu röyasına çevrilir.

Falçı Puşkinə bildirir ki, o, sarışın bir adam tərəfindən öldürüləcək, ağ atlar isə onun başına bəla ola bilər. Bundan əlavə Kirxqof onun məşhur bir insan olacağını, lakin ömrünün yarımçıq qalacağını da söyləyir.

Puşkin bu açıqlamadan sonra bütün sarışın dostlarından və ağ atlardan uzaq qaçırdı.

O, falçının dediklərindən orxsa da, tez-tez duellərə girir, sanki ölümə can atırdı.

Bəlkə də qorxusunu bu qayda ilə azaltmağa çalışırmış.

Puşkin 21-ci duelini Danteslə edir və bu, onun sonu olur. 

Puşkin ölərkən şair dostu Pyotr Vyazemski onun tabutunun içinə bir tay ağ əlcək qoyub. Bu masonların ölüm anında həyata keçirdikləri ritualdır. Puşkin özü də gündəliklərində "mayın 4-də mason təşkilatına qəbul olundum" yazıb.

Bir çoxları Puşkinin mistikaya hədsiz inamının onu mason təşkilatına aparıb çıxardığını yazırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub