Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilk yerli elektromobil olan "Togg"a minib.
OXU24.COM metbuat.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şentopun idarə etdiyi avtomobildə Azərbaycan, Qazaxıstan və Qırğızıstanın parlament sədrləri qaldıqları hoteldən TBMM-ə gediblər.
"Togg"a minən Sahib Qafarova da avtomobil haqqında fikirlər səsləndirib: "Bizim üçün çox xoş gün oldu. Mustafa bəyin rəhbərliyi ilə bura gəldik. Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah bu avtomobillər Azərbaycanda da olacaq".
Oxu24.com
ŞƏRHLƏR