Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88
az

Bələdiyyə sədrinə qarşı şok ittiham -

01:1230 Mart, 2018
2441
KRİMİNAL
  • A
 
Oxu24.com  xəbər verir ki,Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan Quliyeva Firəngiz Hüseyn qızı tərəfindən Femida.az -a müraciət daxil olub.Vətəndaş müraciətində Buzovna Bələdiyyəsinin sədri Əliyev Mətləb Firuz oğlu ilə aralarında yaranmış münaqişənin təfərrüatlarına aydınlıq gətirib.


Firəngiz Quliyevanın sözlərinə görə, 2014-cü ildə onlara məxsus torpaq sahəsindən yol xətti keçdiyi üçün ərazi plana düşüb. Ona 72 min manat məbləğində vəsait ödənilməsi nəzərdə tutulsa da, cəmi 30 min manat ödənilib. Bu məsələdən sonra Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevlə aralarında mübahisə yaşanıb. Firəngiz Quliyevanın iddiasına görə, ona ödənilməli olan məbləğ Bələdiyyənin əməkdaşı olan Mətanət tərəfindən mənimsənilib.

“ Bu hadisədən sonra Mətləb Əliyevdən yuxarı qurumlara şikayət etməyə başladım. O, işin çətinləşdiyini gördükdən sonra bizim ailə ilə münasibət qurmağa başladı. Qızımı ələ aldı. Bir neçə dəfə bizim evimizə gəlib, bizə maddi köməklik edəcəyini deyirdi. Günlərin birində qızımı yardım etmək adı ilə işlədiyi idarəyə çağırdı. Sən demə həmin günü qızımla zorla cinsi əlaqədə olubmuş. Bu hadisə barədə qızım bizə heç bir söz deməmişdi. Qızıma söz veribmiş ki, onunla ailə həyatı quracaq.”

Firəngiz Quliyevanın bildirdiyinə görə, tərəflər dəfələrlə məhkəmədə qarşılaşıb.Lakin hələlik yekun qərar əldə oluna bilməyib.


“Bələdiyyə sədri məhkəmələrə gəlmir. Ancaq vəkilini göndərir. Ona deyiləsi sözlərim çoxdur. Niyə çirkin əməllərinə görə mənim qızımın adını ləkələyib?.

O, məhkəmədə deyib ki, qızımı tanımır və heç vaxt münasibəti də olmayıb. Halbuki, bunun əksini sübut edən çoxsaylı faktlarımız var.Qızıma dəfələrlə şəkillərini göndərib. Bütün bunların sübutu kimi telefon nömrələrindən çıxarışları toplamışıq.”

Tərəflər arasında mübahisə hazırda məhkəmə müstəvisində davam etdiyi üçün Femida.az vətəndaşın təqdim etdiyi digər sensasion iddiaları yayımlamır.

Firəngiz Quliyevanın iddiaları ilə bağlı Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevlə əlaqə saxladıq. Bələdiyyə sədri bütün ittihamları rədd edib. Mətləb Əliyev əslində nə baş verdiyini açıqlayıb.

“ Sizin saytınıza müraciət edən şəxslərin mənimlə ədavətinin əsasında torpaq məsələsi dayanır. 2014-cü ildə ərazidən yol çəkilməsi başlanıldı. Onların yol çəkilən ərazidə torpağının olub-olmaması barədə mənim məlumatım yoxdur. Çünki həmin ərazi bizim Bələdiyyənin ərazisinə yox, Abşeron rayonu ərazisinə daxildir. Qarşı tərəfin iddiasına görə, onlara məxsus torpaq sahəsinə görə ödənilməli olan məbləği ala bilməyiblər. Onların iddiasına görə, bizim bələdiyyədə çalışmış Mətanət Əkbərova onları aldadıb. Mətanət Əkbərovadan şikayət etdilər. 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçildi. Araşdırmadan sonra qarşı tərəfin iddiası öz əksini tapmadığı üçün xanım azadlığa buraxıldı. Bu işdən sonra şikayət edən ailə mənimlə ədavətə başladı. Barəmdə mətbuat səhifələrində həqiqətə uyğun olmayan məlumatlar, şantaj xarakterli xəbərlər yaymağa başladılar. Bunun qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etmişəm.”

Bələdiyyə sədri zorlamaq iddiasına da münasibət bildirib.Onun sözlərinə görə, bu həqiqəti əks etdirməyən, tamamilə yalnış bir xəbərdir.


“Həmin ailəni əvvəlcədən tanıyırdım. Çünki Bələdiyyə sədriyəm və bizim ərazidə yaşayırlar. İmkansız ailə olduqları üçün daim onlara kömək etməyə çalışmışam. Bayram günlərində məscidlərdə qurban kəsiləndə həmin ailəyə və digər imkansız şəxslərə kömək edilməsini xahiş etmişəm. Bu ailəni də yalnız vətəndaş kimi tanıyıram. İndi durub mənə deyirlər ki, guya onun qızını zorlamışam. Bu necə ola bilər? Həmin qadının 40-dan çox yaşı var. O yaşda adamı dəfələrlə necə zorlamaq olar ki?. Bundan əlavə həmin şəxslər indiyə kimi zorlandığı iddiası ilə niyə rəsmi qurumlara şikayət etməyib?”

Mətləb Əliyev qarşı tərəfin onu şantaj məqsədi ilə bir sıra vasitələrdən istifadə edildiyini və bununla bağlı aidiyyatı orqanlarda araşdırma aparıldığını da bildirib.

“Həmin ailə məni ləkələmək üçün tanımadığım, heç vaxt əlaqəm olmadığı adamların adlarından istifadə edir. Deyirlər ki, guya mən bağlanmış ABU-nun rektoru Elşad Abdullayevlə əlaqəm var. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə ərizə də yazıblar. Məsələ ilə bağlı izahat da vermişəm. İddiaları öz təsdiqini tapmadığı üçün başqa yollara əl atırlar. Mən bu ölkənin əsgəriyəm, bu dövlətin çörəyini yeyirəm. Necə ola bilər ki, Elşad Abdullayev kimi adamlarla dostluq edib?Bu hansı məntiqə sığır?”

Mətləb Əliyev bildirib ki, bütün şantajlara məhkəmə müstəvisində cavab verəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır