Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87920
az

DYP "Formula 1"lə bağlı sürücülərə müraciət edib

10:3926 Aprel, 2023
79
CƏMİYYƏT
  • A

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən Oxu24.com-a daxil olan müraciətdə deyilir:

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprel ayının 28-dən may ayının 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur”.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü