Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87906
az

Tərləmənin 8 SƏBƏBİ

22:1425 Aprel, 2023
207
CƏMİYYƏT
  • A

Tərləmə bədən istiliyini tarazlayan təbii mexanizmdir. Adətən havanın temperaturu, hərəkət və ya qorxu və ya həyəcan kimi emosional dəyişikliklər tərləməyə səbəb olur. 

OXU24.COM xəbər verir ki, ancaq həddindən artıq tərləmənin tibbi bir problemin göstəricisi ola biləcəyinə işarə edən daxili xəstəliklər mütəxəssisi Yaşar Küçükardalı onları belə sıralayıb:

1. Hipoqlikemiya
Aşağı qan şəkəri olaraq təyin olunan hipoqlikemiya tərləməyə səbəb olur. Şəkərin azalması ilə birlikdə insulinin bədəndə əks təsiri olan böyümə hormonu adrenalin və kortizol kimi bəzi hormonların ifrazı artır. Bu, adrenergik fəaliyyətə, yəni tərləmə və çarpıntılara səbəb olur. Hipoqlikemiya diabetin erkən mərhələlərində, yəni insulinin həddindən artıq ifraz edildiyi dövrdə və ya müalicə zamanı dərman-qidalanma əlaqəsini düzəldə bilməyən xəstələrdə daha tez-tez baş verir. Hipoqlikemiyanın problemin qaynağı olub-olmadığını anlamağın yolu tərləmə zamanı qan şəkərini ölçməkdir. Dərman müalicəsi planını yenidən tənzimləmək və qidalanma təhsili verməklə qan şəkərinin düşməsi və tərləmənin qarşısı alına bilər.

2. Menopoz
Menopoz əvvəli və erkən menopoz zamanı hormonal nizamsızlıq səbəbiylə isti basmalarla tərləmə baş verə bilər. Əslində bu dövrdə qadınlarda tərləmənin ən çox görülən səbəbidir. Hormon əvəzedici terapiya həkim nəzarətində olmaq şərti ilə bu problemi həll edə bilər.

3. Hormonal xəstəliklər
Qalxanabənzər vəzinin sürətli işləməsi, yəni hipertiroidizm orqanizmdə bir çox sistemin sürətli işləməsinə səbəb olur. Bu zaman tərləmə ilə yanaşı ürək döyüntüsü, əsəbilik, arıqlama da müşahidə edilə bilər. Feokromositomada böyrəküstü vəzinin mərkəzi hissəsi sürətlə işləyir və nəzarətsiz şəkildə adrenalin hormonu istehsal edir. Buna görə də xəstə tərləmə, ürək döyüntüsü, yüksək təzyiqdən əziyyət çəkir. Karsinoid sindromu həmçinin həzm sisteminin selikli qişasının kiçik şişlərindən serotonin və buna bənzər maddələrin ifraz olunması nəticəsində yaranır. Xəstədə hərarət, ürək döyüntüsü, tərləmə, ürəkbulanma kimi şikayətlərə səbəb ola bilər. Bu problemlər dərman və ya əməliyyatla müalicə olunur.

4. Xərçənglər
Bəzi xərçəng növlərində, məsələn, lenfomada tərləmə ilk əlamətdir. Xəstədə arıqlama, iştahsızlıq kimi əlamətlər də olur. Diaqnoz qoltuqaltı, qasıq, boyun, qarın və döş qəfəsi kimi limfa düyünlərinin lokalizasiyalarında mikroskop altında patoloji böyümənin araşdırılması ilə qoyulur. 

5. Dərmanlar
Bəzi dərmanlar da tərləməyə səbəb ola bilər. Bunların başında antidepresanlardır. Həmçinin, bəzi antipiretiklər tərləməyə səbəb ola bilər.

6. Nevroloji problemlər
Bəzi xəstəliklər tər vəzilərinin işləməsini təmin edən sinirləri pozaraq tərləmə pozğunluğuna səbəb ola bilər. 

7. Həddindən artıq tərləmə
Tər vəzilərinin sürətli işləməsi (idiopatik hiperhidroz) tərləmənin səbəblərindən biridir. Laboratoriya testlərində normal görünən bu problem həyat keyfiyyətini xeyli aşağı salır. 

8. İnfeksiyalar
Bu, tərləmənin ümumi səbəbidir. Qızdırma, iştahsızlıq və kilo itkisi kimi ümumi simptomlar ürəkbulanma və qusma ilə müşayiət olunur. Vərəm və Brusella bakteriyası ən çox tərləməyə səbəb olur. Bakterial infeksiyalar, xüsusilə ürək qapağı infeksiyası, sümük infeksiyası, abses və HİV infeksiyası tərləməyə səbəb ola bilər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quş qripinə qarşı epizootoloji monitorinq aparılır
Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ oldu
Azərbaycanda quş ətinin qiyməti KƏSKİN ARTDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı