Son sutkada Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatının 50 üzvü məhv edilib.
Oxu24.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Bununla da, Rusiyanın Ukraynada itirdiyi hərbçi sayı 187 770-ə yüksəlib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski ötən gün Donetsk vilayətinin Baxmut şəhərində əks-hücum əməliyyatlarına start verildiyini açıqlayıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR