Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87851
az

Roma Papası Ukraynanın Baş nazirini qəbul edəcək

21:5224 Aprel, 2023
181
DÜNYA
  • A

Aprelin 27-də Roma Papası Fransisk Apostol sarayında Ukraynanın Baş naziri Denis Şmıqalı qəbul edəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

ANSA agentliyinin məlumatına görə, bu, 2021-ci il martın 25-dən sonra pontifikin Ukraynanın Baş naziri ilə Vatikanda ikinci görüşüdür.

Qeyd edək ki, Şmıqal İtaliyanın paytaxtı Romaya aprelin 26-da Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etmək üçün gələcək. Tədbir İtaliya hökuməti tərəfindən təşkil olunur və iki ölkənin hakimiyyət orqanlarının və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayaninin sözlərinə görə, 1 000-dən çox şirkətin iştirakı gözlənilir.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pezeşkian İranın paytaxtını dəyişməyi planlaşdırır
Borreli İsraildə qəbul etməkdən imtina ediblər
Ukrayna İranı “dağıdıcı nəticələrlə” hədələyir

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var