Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87806
az

Lavrov ABŞ-dadır

10:5524 Aprel, 2023
121
DÜNYA
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 24 və 25-də BMT Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcəyi Nyu-Yorka səfər edib.

Oxu24.com -un  TASS agentliyinə istinadən verdiyi məlumata görə, tədbirlər bu ay Rusiyanın Təhlükəsizlik Şurasında sədrliyi çərçivəsində keçiriləcək.


Lavrovun bazar ertəsi BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir. Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Rusiyanın müzakirə üçün çoxlu mövzuları var.

Əsas məsələlərdən biri taxıl sövdələşməsi ətrafında vəziyyət olacaq: Moskva Rusiya taxılının və gübrələrinin ixracına maneələrin aradan qaldırılmasında irəliləyişin olmamasından narahatdır. Hazırkı vəziyyət müqavilənin uzadılması ehtimalını təhlükə altına qoyur.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze