Qırmızı dənizdə üç rusiyalının olduğu gəzinti gəmisi yoxa çıxıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Səudiyyə Ərəbistanındakı səfirliyinin konsulluq şöbəsinin rəhbərinin müşaviri Damir Saydyaşev məlumat verib.
Səfirlikdən verilən məlumata görə, 30 dəqiqə ərzində gəmi Port Səid - Süveyş - Hurqada - Ciddə - Cizan - Cibuti marşrutu üzrə hərəkət edib.
Aprelin 17-də onlar gəminin yanacaq doldurduğu Cizan limanını tərk ediblər. Həmin gün gəmi Rumein adasının ərazisində lövbər salıb və radarlardan itib.
Oxu24.com
ŞƏRHLƏR