Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında təsəlliverici görüşə çıxıb.
Oxu24.com-un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı macarıstanlı Erik Torba ilə üz-üzə gəlib.
Rəqibini 7:0 hesabı ilə məğlub edən Məmmədli bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, üçüncü yer uğrunda görüşdə ermənistanlı Gevorq Qaribyanla qarşılaşacaq.
Bu gün həmçinin Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionluğu, Rafiq Hüseynov (82 kq) isə 3-cü yer uğrunda güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.
Oxu24.com
ŞƏRHLƏR