Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87691
az

Analıq məzuniyyəti hansı müddətlərdə verilir? - HÜQUQİ YARDIM

23:2322 Aprel, 2023
437
HÜQUQ
  • A

Əmək məzuniyyətindən başqa qadınlar üçün Əmək Məcəlləsində əlavə məzuniyyətlər nəzrədə tutulub. Nəzərdə tutulan məzuniyyətlər aşağıda göstərilən hallarda təyin edilir.

Hamiləliyə və doğuşa görə məzuniyyətlər

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

– normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

– doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

– iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları

İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən istifadə edə bilər. Həmçinin uşaqlı qadınlar üçün nəzərdə tutulmuş əlavə məzuniyyətlər və qanunla nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Uşaqlı qadınların əlavə məzuniyyətləri

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də qanunla nəzərdə tutulan bu əlavə məzuniyyət hüququ vardır.

Əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Əlavə məzuniyyətlər pedaqoji və elmi fəaliyyətlə məşğul olan, fizioloji keyfiyyətləri ilə bağlı işçilərə, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilərinə verilmir.

 

Hazırldı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının rəhbərliyi yeni hakim təyin olunan vəkilləri təltif edib
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri- Foto
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı