Şənbə günü, aprelin 22-də bir qrup silahlı yaraqlı Malinin mərkəzində yerli hakimiyyət orqanlarının Rusiya hərbi bazası adlandırdığı hərbi obyektə hücum edib.
Oxu24.com xəbər verir ki,Bu barədə AFP saytı məlumat yayıb.
Hazırda zərərçəkənlər barədə məlumat yoxdur. “Cihadçılar aerodroma və onun yanındakı Rusiya bazasına hücum ediblər” -deyə adının çəkilməsini istəməyən yerli rəsmi bildirib.
"Rusiya bazası və onların təyyarələri hücuma məruz qalıb", - başqa bir yerli məmur bildirib. “Cihadçılar aerodromun bir hissəsini mühasirəyə alıblar”.
Səhər saat 5:30 radələrində dörd güclü partlayış, ardınca avtomat silahlardan atəş açılıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR