Hər gün sarımsaq suyu içsəniz nə baş verər? Bu gün sizə sarımsağın özündən daha faydalı olan sarımsaq suyundan danışacam. Əminəm ki, bu video çox insana şəfa olacaq.
Böyrəkləriniz sağlam olar. Böyrək infeksiyaları heç də xoşagələn deyil. Sarımsaq suyu bu mövzuda böyük fərqə imza atır. Bunu elm adamları da təsdiq edir. Hindistanın Pəncab Universitetində aparılan bir araşdırma sarımsağın böyrək xəstəlikləri və infeksiyasına səbəb olan bakteriyaları məhv etdiyi aşkarlanıb. Mütəxəssislər tövsiyə edir ki, böyrəkləri qorumaq və günə enerjili başlamaq üçün ya hər gün 3-4 diş sarımsaq yeyin, ya da hər səhər 1 stəkan sarımsaq suyu için.
Qanı duruldur. Yüksək təzyiq və yüksək xolesterol kimi problemləriniz varsa, sarımsaq suyu xilaskarınız olacaq. Qida mütəxəssisləri bildirlər ki, sarımsaq lipid profiliniz üçün son dərəcə faydalıdır. Yəni, sarımsaq suyu içmək təzyiqinizi stabilləşdirir. Həmçinin gün ərzində sarımsaq lətindən 60-100 qr yemək qan təzyiqini aşağı salmaq üçün içilən dərman preparatları qədər təsirlidir. Oksford Universitetinin əməkdaşları isə müəyyən edib ki, sarımsaq “pis xolesterol”un səviyyəsini 10-15% azaldır.
Qanda şəkərin miqdarı nizamlanır. Qanda şəkərin səviyyəsinin yüksəlməsi də müasir dövrdə çox sıx rast gəlinən narahatlıqlardandır. Bir çox ciddi xəstəliklərin qaynağı olan bu problemin həlli də sarımsaq suyundan keçir. Küveyt Universitetində aparılan bir tədqiqatda çiy sarımsağın qanda qlükozanın səviyyəsini aşağı saldığı aşkarlanıb. Müntəzəm şəkildə sarımsaq suyu içmək üçün daha bir səbəbdir, deyilmi?
Sümükləri möhkəmləndirir. Duzlaşma və oynaq ağrısı dünyada ən geniş yayılmış narahatlıqlar sırasındadır. Əgər siz də bu ağrılara məruz qalanlardansınızsa, rasionunuza sarımsaq suyunu daxil edin. Soğan, sarımsaq və bu kimi tərəvəzlərin çox yeyilməsi sümüklərin sağlamlığını qorumağa kömək edir. Ümumi sümük sağlamlığı üçün vacib olan estrogenin ifrazının artması da sarımsağın hünərlərindəndir. Dolayısı ilə, səhər içilən 1 stəkan sarımsaq suyu sümükləri möhkəmləndirir və onların sağlamlığını dəstəkləyir.
Görmə qabiliyyətini artırır. İranlı elm adamları bir araşdırma apardılar və sarımsağın gözdaxili təzyiqi aşağı saldığını aşkar etdilər. Türkiyəli mütəxəssislərin apardığı başqa bir tədqiqatda isə məlum olub ki, sarımsaq təhlükəli göz xəstəliklərindən birinə-keratit`ə səbəb olan mikroblarla savaşdan qalib çıxır.
İdman məşqləriniz daha uğurlu olur. İdman etməyə gücünüzün və enerjinizin olmağını istəyirsinizsə, sarımsağa baş vurun. Bəli, sarımsaq suyunda ehtiyacınız olan hər şey var. Bir araşdırmada sübut olunub ki, ürəklə bağlı narahatlıq yaşayanlar sarımsaq suyu qəbul etdikdən sonra daha rahat və asan şəkildə idman edə bilirlər. Yaponiyadakı Sağlamlıq Araşdırmaları İnstitutunun (Health Sciences Research İnstitute in Japan) əməkdaşları əmindir ki, sarımsaq idmandan sonrakı yorğunluğu xəfiflədir.
İnsanlar ta qədimdən sarımsağın faydalarından xəbərdar idilər. Əcdadlarımız yorğunluqdan yaxa qurtarmaq və iş qabiliyyətini artırmaq üçün tez-tez sarımsaq yeyirdilər. Bəzi yazılı mənbələr yunanların olimpiadalarda iştirak edənlərə sarımsaq yedirtdiklərini deyir.
Beyinin funksiyasını sürətləndirir. Sarımsaq suyu qocalığı ləngidir. Buna o, təzyiqi yüksəlməyə qoymaması və xolesterol səviyyəsini nizamlaması sayəsində nail olur. Tafts Universitetində (Tufts University) 2006-cı ildə aparılan bir araşdırmada məlum olub ki, sarımsaq yaddaşın itirilməsi, diqqətin dağılması ilə özünü göstərən demansiyanın irəliləməsinin qarşısını alır. Universitet əməkdaşlarının başqa bir araşdırmasında isə sarımsağın alzeymer riskini aşağı saldığı aşkarlanıb. Qocalmanı sürətləndirən faktorlardan biri oksidativ xəsarətdir. Sarımsağın tərkibindəki antioksidantlar oksidativ xəsarətin qarşısını almaqda orqanizmin ən yaxın köməkçisinə çevrilir. Səhərlər beyninizi oyandırmaq üçün 1 stəkan sarımsaq suyu içə bilərsiniz.
Arıqladır. Kim arıq və gözəl bədən quruluşuna malik olmaq istəməz ki?! Səhər acqarına 1 stəkan sarımsaq suyu içmək həzm sistemini oyandırır və gün ərzində fasiləsiz, problemsiz işləməsinə zəmanət verir. Fransız araşdırmaçılar əmindir ki, sarımsaqdakı kükürd birləşmələri yağ hüceyrələrini inkişaf etdirən iltihabın qarşısını alır. Sarımsaq suyu içməklə həm arıqlayarsınız, həm də tərəvəzin bütün faydalarından yararlanarsınız. Sarımsaq suyunun mədə problemlərinin həllində, ishalın aradan qaldırılmasında, şişkinliyin yox edilməsində effektiv olduğu da məlumdur.
Dəriniz hamarlaşır. Sağalmayan sızanaqlarınız varsa, sarımsaq suyuna üz tutun. Sarımsaq toksinləri bədəndən xaric edir, demək olar ki, orqanizmi təmizləyir. Buna o, antioksidant xüsusiyyəti sayəsində nail olur. Orqanizm daxilən sağlam olduqda, dəri də gözəlləşir. Sarımsağın sızanaqların öhəsindən gəldiyini sübut edən elmi araşdırmaların sayı çoxdur.
Oxu24.com
ŞƏRHLƏR