Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87652
az

“102”-yə zəng edib “20 Yanvar” stansiyası partladı” dedi - VİDEO

17:0122 Aprel, 2023
635
OXU24 TV
  • A

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.

Bu barədə “Qafqazinfo” məlumat yayıb. 

32 yaşlı şəxs axşam saatlarında Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.

Zəng edən şəxsin kimliyi araşdırılanda məlum olub ki, o, Sumqayıtda yaşayır. Polis əməkdaşları hadisəni araşdırmaq üçün həmin ünvana gediblər. Onu polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. 

Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində protokol tərtib edilib.

Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab edilib və o, 30 gün müddətinə həbs olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO
Kirpi ona hücum edən bəbiri deşik-deşik etdi— VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO