Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87624
az

Türkiyədə dağıdıcı zəlzələdə ölənlərin sayı artıb

12:4422 Aprel, 2023
105
DÜNYA
  • A
Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artıb. Oxu24.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, həlak olanların sayı 50 783 nəfərə çatıb. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan-Rusiya sərhədi bağlandı
Putin Gürcüstandakı proseslərdən DANIŞDI: "Məni sadəcə heyran etdi"
Ukrayna Yaponiyadan güzəştli maliyyə aldığını bildirib

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO