Tayvanın paytaxtı Taybeydə 4 aydır təmirdə olan körpü uçub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,hadisə yerinə yanğınsöndürənlər və ilkin tibbi yardım briqadaları göndərilib. Qəzada xəsarət alan 3 işçiyə xəstəxanada tibbi yardım göstərilib.
New Taipei High Riverbank Tikinti İdarəsindən verilən açıqlamada, "Wugu məhəlləsindəki körpü 17 il əvvəl açılıb.
Güclü paslanmaya görə təmir edilən körpüdə işlər avqust ayında yekunlaşmalı idi.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR