Rusiyada müsəlmanlar Fitr bayramı namazı zamanı məscidlərə sığmayıb
Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman Ramazan bayramı namazını küçələrdə qılıb.
Oxu24.com xəbər verir ki,müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi Məscidinə axışıb.
Moskva vilayətində 30-dan çox məntəqədə bayram namazı üçün xüsusi yer hazırlanıb.
Paytaxtdakı məscidlərdə namaz qılmaq istəyənlər ətrafdakı metro stansiyalarında və küçələrdə sıxlıq yaradıblar.
Məscidlərə sığmayan minlərlə nəfərlik camaat təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə qapadılan metrlərlə küçələrə, xiyabanlara və parklara axıb.
Polisin təhlükəsizlik tədbirləri gördüyü küçələrdə müsəlmanlar uyğun gördükləri küçələrdə seccadelərinin üstündə dayanıblar.
Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının prezidenti Ravil Qaynuddin Moskva Mərkəzi Məscidində xütbə oxuyub və bayram namazını imam edib.
Qaynuddin Rusiya prezidenti Vladimir Putinin, Rusiyanın baş naziri Mixail Mişustinin və Moskva meri Sergey Sobyaninin Rusiya müsəlmanlarına ünvanladığı təbriki camaata oxuyub.
Moskva Mərkəzi Məscidində qılınan bayram namazının və oxunan xütbənin səsyazısı az sonra “Rossiya-1” dövlət kanalında yayımlanıb.
Rusiya müsəlmanları da bayram namazını ölkənin digər şəhərlərində, xüsusilə Vladivostok, Ufa, Kazan və Qroznıda qılıblar.
Hazırladı: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR