Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87558
az

Rusiya öz şəhərini səhvən belə vurdu  -  VİDEO

11:5321 Aprel, 2023
575
  • A

Rusiyanın cənubunda, Ukrayna sərhədinə yaxın, Belqorod şəhərinin mərkəzində Rusiyaya məxsus Su-34 qırıcısının döyüş sursatının düşməsi nəticəsində partlayış baş verib. 2 nəfərin yaralandığı hadisədə bəzi binalara və park edilmiş avtomobillərə ziyan dəyib.

Oxu24.com xəbər verir  ki,şəhərin mərkəzində baş verən partlayışla bağlı ilk açıqlamanı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov verib. Partlayış nəticəsində şəhərin mərkəzindəki kəsişmədə 20 metr radiuslu böyük çuxurun meydana gəldiyini bildirən Qladkov bəzi binalara və park edilmiş avtomobillərə ziyan dəydiyini bildirib. Qladkov partlayış nəticəsində 2 nəfərin yaralandığını bildirib.

Qubernator Qladkovun bəyanatından dərhal sonra Rusiya Müdafiə Nazirliyi partlayışla bağlı açıqlama verib. Açıqlamada, “20 aprel 2023-cü il tarixində Moskva vaxtı ilə saat 22:15-də Hava-Kosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatları qeyri-adi şəkildə yerə düşüb” məlumatı paylaşılıb. Açıqlamada hadisədə yaşayış evlərinə ziyan dəydiyi və can itkisinin olmadığı, hadisə ilə bağlı birgə araşdırmanın davam etdiyi bildirilib.

Sosial mediada şəhərin mərkəzində təyyarənin səsinin eşidildiyi və qısa müddət sonra partlayışın baş verdiyi hadisənin təhlükəsizlik kamerası görüntüləri yayılıb.

 

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzadan video yayıldı
İlhamə Quliyevanın oğulluğunun itkin düşməsinin DETALLARI +VİDEO

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?