Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87548
az

SON DƏQİQƏ! 6 RAYONLA BAĞLI QƏRAR QƏBUL EDİLDİ

11:0921 Aprel, 2023
360
REDAKTORUN SEÇİMİ
  • A

Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.

Bununla bağlı "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyev başda olmaqla, cəmiyyətinin nümayəndələri, su suvarma suyunun düzgün bölüşdürülməsi ilə bağlı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarov və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının icra hakimiyyəti başçıları, yerli istismar idarələrinin rəhbərləri və yerli DAİM-lərlər görüşüblər.

Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

7 nəfər öldü - Azərbaycanda faciə
İş və istirahət günlərinin yerləri dəyişdirildi
Dekabrın bu 4 günü ilə bağlı XƏBƏRDARLIQ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO