Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87506
az

"Xarı bülbül"ün təsisçisi: "Fəxr edirik ki, Şuşanı ilk dəfə beynəlxalq arenada təmsil edən komanda olacaq"

18:1620 Aprel, 2023
365
İDMAN
  • A

"Düzdür, uduzduq. Amma fəxr edirik ki, Şuşanı Azərbaycan tarixində ilk dəfə beynəlxalq arenada təmsil edən komanda olacaq".

Oxu24.com xəbər verir  ki, Bunu "Report"a açıqlamasında "Xarı bülbül"ün təsisçisi, eyni zamanda kapitanı İlqar İmamquliyev "Murov"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Yüksək Liqasının final oyunundan sonra deyib.

O, mövsümün ən pis matçını keçirdiklərini bildirib: "Finala doğru zədə problemləri öz sözünü dedi. Əlimizdəki voleybolçular son matçdan 4 gün öncə oynaya bilmədilər. Amma sevinirik. "Xarı bülbül" yeni yaranıb. Debüt ilindəcə "Neftçi" kimi 11 qat Azərbaycan çempionunu məğlub edib finala çıxmaq, avrokuboklara vəsiqə qazanmaq bizim üçün böyük uğurdur. "Xarı bülbül" qəhrəmanlıq rəmzi, Şuşa bizim mədəniyyət beşiyimizdir. Komandamız gənc oyunçulardan qurulsa da, yaxşı iş gördüyümüzü düşünürəm. Bizi dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm".

İmamquliyev avrokuboklarda işlərinin asan olmayacağını söyləyib: "Amma hədəfimiz hər zaman yüksəkdir. Kubokda tendensiyalarımız var. Bu təcrübəni mütləq komandamıza gətirəcəyik. Həm qadınlar, həm də kişilər arasında uğurlu olmağı hədəfləmişik. Məqsədimiz ən üst yerləri tutmaqdır. Komanda mütləq güclənməlidir. Bu, son anda yığılan kollektivdir. Yeni mövsümdə daha fərqli, hamının fəxr edəcəyi komanda izləyəcəksiniz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azarkeşlər klubun avtobusuna məşəl atdılar- Video
"Sabah" baş məşqçisi ilə   yollarını   ayırdı
“Neftçi” və “Qarabağ”ın futbolçuları millinin heyətindən çıxarıldı

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR