Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87503
az

Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə bu cəza verildi

15:5520 Aprel, 2023
183
  • A

Lənkəran rayonunda kişini döyərək qadın paltarı geyindirən və onu ictimai yerlərdə nümayiş etdirən ata və iki oğlu məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birinin sakini olan 1969-cu il təvəllüdlü V.Məmmədli (bütün ad və soyadlar şərtidir), onun 1997 və 1998-ci il təvəllüdlü iki oğlu Cinayət Məcəlləsinin 145-ci və 221-ci (Qanunsuz azadlıqdan məhrumetmə və xuliqanlıq) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, ötən ilin avqustunda 25 yaşlı oğlana kənddə yaşayan subay bibisinin həmkəndlisi olan Mirzə adlı şəxslə görüntülərini əks etdirən video göndərilib. O, məsələ ilə bağlı atasını və qardaşını məlumatlandırıb.

Daha sonra kənddə xeyli insanın bu məsələdən xəbərdar olduğunu görən V.Məmmədli oğulları ilə birgə bacısı ilə münasibəti olan şəxsi cəzalandırmaq qərarına gəlib. V.Məmmədli həmin şəxsi taparaq onu kənddə biabır etmək üçün plan qurub. O, bacısını həmin şəxsin yaşadığı evə göndərərək onu küçəyə çağırtdırıb, özü və oğulları isə kənarda pusquda dayanıb. Mirzə qadının çağırışı ilə küçəyə çıxdıqda onlar “Toyota” markalı avtomobillə qəfil hərəkət edərək həmin şəxsi yaxalayıblar və zorla maşına mindiriblər. Avtomobili kənddən kənardakı çayın sahilinə sürdükdən sonra ata və iki oğlu Mirzəni düşürərək döyüblər və ona qadın ətəyi və qadın köynəyi geyindiriblər.
Ətraflı

Qanunsuz hərəkətlərini davam etdirən həmin şəxslər bundan sonra Mirzəni yenidən maşına otuzduraraq onu kəndin mərkəzindəki çayxanaya aparıblar.  Mirzəni qadın paltarında çayxanada nümayiş etdirdikdən sonra digər çay evinə yollanıblar və orada da təhqiredici hərəkətlər ediblər. Daha sonra Mirzəni sərbəst buraxan V.Məmmədli və oğulları evə gediblər.
Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə Mirzə Abbasov ona qarşı təhqiredici hərəkətlər etmiş şəxslərlə barışdığını, onlara qarşı şikayətinin olmadığını və həmin şəxslərə yüngül cəzanın verilməsini xahiş edib.

Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Ata və oğullarının hər biri 1 il sınaq müddəti təyin edilməklə, 3 il müddətinə şərti cəzaya məhkum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göyçayda 3 otaqlı ev yanıb
İtkin düşən 3 nəfər tapıldı
Bakıda zəncirvari qəza- 9 nəfər xəstəxanalıq oldu

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb