Cəbrayıl rayonu ərazisində yol çəkilişi zamanı Vətən müharibəsində erməni hərbçilərinin atıb qaçdığı sursatlar aşkarlanıb.
Oxu24.com -un Reporta istinadən məlumatına görə, tapıntı Cəbrayıl rayonu Hovuslu kəndi ərazisində qeydə alınıb.
Belə ki, ərazidə yol çəkilişi üçün geodeziya işləri aparan şirkətin əməkdaşları yaxınlıqda yeşiklərə yüklənmiş güllələr aşkarlayıb.
Tapılan sursat “Kalaşnikov” (AK-47) üçün nəzərdə tutulmuş güllələr olub. Ümumilikdə tapılan 7 dolu yeşiyin üzərində hər birinin içərisində 2 150 ədəd güllə olduğu bildirilir.
Şirkət əməkdaşları dərhal Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxlayaraq ümumi sayı 15 000 ədəddən çox olan gülləni onlara təhvil verib.
Oxu24.com
ŞƏRHLƏR