Oxu24.com Amerikanın Səsi -nə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri Çinin Tayvanı mühasirəyə almaq üçün təlimlər keçirməsindən sonra ilk tranzit gəmisini Tayvan boğazından keçirib.
ABŞ-ın Yeddinci Donanması Milius esminesinin boğazdan keçməsinin normal prosedur olduğunu bildirib.
Bununla belə, Çin tranzitə etiraz edərək bunu “ictimaiyyət üçün təhlükə" adlandırıb.
Çin Xalq Azadlıq Ordusunun Şərq Teatr Komandanlığının sözçüsü Şi Yilu bildirib ki, komandanlıq istənilən vaxt ölkənin suverenliyini və təhlükəsizliyini, eləcə də regionda sülh və sabitliyi qətiyyətlə qorumağa hazırdır.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR