BMT ABŞ-a nota verib.
Oxu24.com xəbər verir ki, notaya səbəb ABŞ-ın BMT baş katibinin telefon danışıqlarını dinləmisi səbəb olub.
“BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq ev sahiblərinə bildirdik”, - deyə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR