DİN Qazax rayonunda ustanın bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Oxu24.com-a verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsinə Bakı-Qırmızı Körpü avtomagistralının Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes" markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb.
Faktla bağlı Rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR