Macarıstan hakimiyyəti Polşanın ardınca Ukraynadan taxıl eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
Oxu24.com “24.hu” saytına istinadən xəbər verir ki, bunu Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad bildirib.
Onun sözlərinə görə, mövcud bazar tendensiyalarının davam etməsi Macarıstanın kənd təsərrüfatına ciddi ziyan vuracaq. Buna görə də bunun qarşısını almaq üçün tədbirlər görmək zərurəti yaranıb.
Nad həmçinin vurğulayıb ki, Ukrayna kənd təsərrüfatı artıq Avropa İttifaqında istifadə olunmayan istehsal təcrübələri ilə işləyir.
Buna görə də Ukrayna Avropa bazarına çoxlu miqdarda quş əti, yumurta və bal, həmçinin istehsal xərcləri olduqca aşağı olan taxıl və yağlı bitkilər ixrac etməyə başladı. Bu da öz növbəsində Macarıstan və Mərkəzi Avropa fermerlərinin öz məhsullarını bazara çıxara bilməməsinə gətirib çıxarıb.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR