Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87118
az

Yaz mövsümünün orqanizmə gətirdiyi narahatlıqlar

00:4116 Aprel, 2023
251
CƏMİYYƏT
  • A

Yazın ilıq nəfəsi nə qədər xoş əhvali-ruhiyyə yaratsa da, özü ilə gətirdiyi narahatlıqlar da var. Yaz fəsli daxil olandan sonra orqanizmdə yorğunluq və depressiya yaradır.

OXU24.COM  AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Emin Məmmədov bununla əlaqədar olaraq deyib: "Yaz mövsümündə insan orqanizmində olan və qış dövründə istifadə edilən bütün vitamin və minerallar tükənmə dövrünə yaxınlaşır. Xüsusilə S, E, A vitaminləri, həmçinin B qrupu vitaminləri azalır, D vitamini isə demək olar ki, minimal olur. Həmin dövrdə D vitaminin qəbulu əhvali-ruhiyyənin yaxşılaşmasına və yorğunluq hallarının keçməsinə səbəb olur".

Fəsil dəyişəndə təzyiq, şəkərli diabet və bir çox xəstəliklər aktivləşir. Halsızlığın digər səbəbi isə nevroloji əlamətlərlə əlaqədardır.

"Yaz fəslində, xüsusilə mart, aprel və may aylarında halsızlıq, yorğunluq, yuxusuzluq kimi şikayətlər varsa, bunun altda yatan səbəbləri ola bilər. Əgər həmin şikayətlər davamlı olaraq baş verirsə, həkimə müraciət etmək və check-up müayinələrdən keçmək məsləhətdir", - deyə həkim-terapevt bildirib.

Mütəxəssislər yazda yaranan gərginliyin aradan qaldırılması üçün vitaminli qidalar və bol maye qəbul etməyin vacib olduğunu deyirlər. Yazın gəlişi ilə əlaqədar orqanizmdə baş verən dəyişikliklər adətən 40 gün davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tehrandan Ukraynadakı münaqişəyə baxış -Kim qalib gələcək?
Qəfil ölüm bu qan qrupundan yan keçir
Faciəvi şəkildə ölən Süleymanın FOTOSU

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı