Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87087
az

Ermənistan dünya çempionatından məhrum ola bilər

20:3715 Aprel, 2023
241
DÜNYA
  • A

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

 

Oxu24.com xəbər verir ki, bunu Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.


Ötən gecə ağır atletika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını bayraqdarın əlindən qopararaq yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.

“Ən üzücü hal odur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq. Bu, bizim üçün müstəsna bir fürsət olardı”.

Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır. O, Ermənistan tərəfinin Azərbaycan idmançılarının təhlükəsizliyini təmin etdiyini, hadisənin bununla heç bir əlaqəsi olmadığını vurğulayıb.

"Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın" deyə Giloyan bildirib.

Eyni zamanda, nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməyəcək.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan prezidenti seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciət edib
Tbilisidə aksiyanın dağıdılması zamanı 16 nəfər saxlanılıb
Lavrov G20 bəyannaməsində Ukrayna münaqişəsinin həlli bəndini yüksək qiymətləndirib

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı