Sudanda BMT-nin təyyarəsi vurulub.
Oxu24.com xəbər verir ki, Əl-Ərəbiyyə telekanalı aprelin 15-də bildirib ki, Xartum hava limanında Sudan ordusu ilə xüsusi təyinatlılar arasında döyüşlər zamanı Birləşmiş Millətlər Təşkilatının təyyarəsi məhv edilib.
Telekanalın efirində təyyarənin gövdəsinin yanmış fraqmentləri nümayiş etdirilib. Telekanal hansı tərəfin hərəkətinin nəqliyyatın dağılmasına səbəb olduğunu dəqiqləşdirməyib.
Daha əvvəl bildirilmişdi ki, Sudan ordusu və xüsusi təyinatlıları Sudanın paytaxtı Xartumda döyüşürlər. Son məlumatlara görə, xüsusi təyinatlılar Sudan hava qüvvələrinin qərargahına nəzarəti ələ keçirməyə çalışırlar. Bundan əvvəl Çevik Hərəkət Qüvvələri ölkənin Merovdakı hava limanını və aviabazasını ələ keçirdiyini açıqlamışdı.
Aprelin 15-də Sudanda ölkə ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında silahlı qarşıdurma başlayıb. İlk atışma və partlayış səsləri ölkənin paytaxtı Xartumda eşidilib - RRF onların qərargahına ordu nümayəndələrinin hücumuna məruz qaldığını bildirib. Bununla belə, RRF-nin özləri paytaxtın hava limanını və Merov şəhərindəki aerodromu, həmçinin prezident sarayını ələ keçiriblər. Sudan ordusu da öz növbəsində RRF-ni üsyanda ittiham edib və onların bazalarını vurub.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR