Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86968
az

İşçilər tələb olunur: Maaş 2000 AZN

16:0414 Aprel, 2023
495
ELANLAR
  • A

Bank Olmayan Kredit Təşkilatı

Kredit Meneceri (Zaqatala, Balakən, Qax)

 Son tarix 03 may 2023 [email protected]

Əsas vəzifə və öhdəliklər:
Filialın işçi heyətinin idarə olunması;
Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
Filialın kredit portfelini idarə etmək və monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
Ali təhsil; 
Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Etibarlı sürücülük vəsiqəsi;
İdarəetmə və liderlik qabiliyyəti;
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Əmək haqqı 800 manat gross + aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit Meneceri) qeyd etməklə göndərmələri xahiş olunur. 

 

Baş Mühasib
 Son tarix 05 may 2023 [email protected]

Əsas vəzifə və öhdəliklər:
Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, İFRS, DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək;
Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.
Tələb olunan keyfiyyətlər:
Ali təhsil (Maliyyə üzrə arzuolunandır); 
Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
Microsoft Office proqramlarında işləmək bacarığı;
Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
İş yeri: Bakı şəhəri; 
İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Əmək haqqı 1500 - 2000 azn gross.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Baş Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı