Çin uzaq mənzilli hipersəs raketini uğurla sınaqdan keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə “Washington Post” qəzetinə sızan kəşfiyyat sənədlərində deyilir.
Açıqlanan sənədlərə görə, Çin ABŞ-ın raketdən müdafiə sistemlərinə nüfuz edə biləcək uzun mənzilli hipersəs raketini uğurla atıb. Sınaqlar ötən il həyata keçirilib və uğurlu nəticələr ABŞ hərbi ictimaiyyətində ciddi narahatlıq yaradıb.
Bundan əlavə, sızmalar raketin atmosfer manevrinə malik ola biləcəyini və onun qarşısını almağı çətinləşdirdiyini göstərir.
Bu, regionda güc balansını dəyişə bilər, çünki ABŞ və onun müttəfiqləri potensial təhlükələrdən qorunmaq üçün öz raketdən müdafiə sistemlərinə böyük etibar edirlər.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR