Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.
Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.
Oxu24.com
ŞƏRHLƏR