"Böyük ehtimalla son erməni təxribatlarının arxasında İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin verdiyi təlimatlar dayanır".
Oxu24.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ermənistan bu insidentlə də istəyinə nail ola bilmədi:
"Ermənistan bu təxribatlarla İranı da proseslərə cəlb etmək niyyətində idi. Ermənistanın digər bir niyyəti isə Azərbaycanın keçən ayın son günlərində yerləşdiyi yüksəkliklərdən keçən əsas və köməkçi yollardan heç olmasa birini nəzarətə götürmək və Azərbaycan ordusunun mövqeləri arasında əlaqəyə mane olmaq məqsədi daşıyırdı.
Ermənistan tərəfi bu məqsədlərdən heç birinə nail ola bilmədi və növbəti dəfə Azərbaycan ordusu tərəfindən məğlubiyyətə məruz qaldı.
Hazırda qismən sakitçilik olsa da növbəti erməni təxrbatları istisna edilmir. Əgər təxribatlar davam edərsə, Azərbaycan ordusunun düşmənə növbəti dəfə ağır zərbə endirəcəyi heç bir şübhə doğurmur".
Qeyd edək ki, 3 gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfər etmişdi. Səfər zamanı o, Əli Şamxani ilə iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivləri ilə yanaşı, regiondakı vəziyyəti də müzakirə edib.
Oxu24.com
ŞƏRHLƏR