Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86765
az

Kolbasa alarkən diqqətli olun! - Eyyub Hüseynov ÇAĞIRIŞ ETDİ

15:4212 Aprel, 2023
296
TİBB
  • A

Tərkibində ət olmayan kolbasa məmulatları barədə araşdırma ölkədə sensasiya yaratdı. Sosika-kolbasa məmulatlarının inqredientlərlə hazırlanması barədə, eləcə də halal olmaması kimi məlumtlar tez-tez danışılsa da, əhəmiyyət verillmirdi. AQTA bu məsələdə başqa faktları da ortaya çıxardı. 

Bu barədə ən çox mübarizə aparan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, insanların kolbasanı ayırd etməsi o qədər də asan məsələ deyil.

"Birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasların etiket məlumatlarını oxusunlar və orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasalar, sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşırlar. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik hansı malın buraxılma tarixində yararlıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər", - deyə ekspert qeyd etdi.

E.Hüseynov əlavə etdi ki, əgər alıcılar kolbasada problem hiss edərlərsə, mütləq 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ