Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86750
az

SON DƏQİQƏ! Rusiya sərhəddə baş verənlərə münasibət bildirib

14:4012 Aprel, 2023
462
SON DƏQİQƏ
  • A

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Oxu24.com-un məlumatına görə, nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb.

O söyləyib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir:

"Dünən Ermənistan-Azərbaycan sərhədində insident baş verən kimi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndələri Azərbaycan və Ermənistanın məsul şəxsləri ilə birgə əraziyə gediblər və lazımi tədbirləri görüblər".

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bina yanıb
“Sako” ləqəbli tiktoker    həbs     edildi
Mehman Haşımov həbs olunub

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı