Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86731
az

Üzücü xəbər! Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

11:4712 Aprel, 2023
1760
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda ilk riyaziyyatçı qadın elmlər doktoru və ilk professoru, Əməkdar müəllim, ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim Tamilla Hilal qızı Nəsirova 12 aprel 2023-cü il tarixində vəfat edib.

Bu barədə Oxu24.com-a  AMEA-dan xəbər verilib.

Qeyd edək ki, Tamilla Nəsirova 20 oktyabr 1936-cı ildə Hacıqabul rayonun Navahi kəndində anadan olub. O, 1953-cü ildə Bakıda 176 saylı məktəbi qızıl medal ilə bitirərək həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə imtahan vermədən daxil olub və 1958-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla AMEA-nın Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) elmi fəaliyyətinə başlayıb. Həmin ildə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnsitutunun aspiranturasına qəbul olub. Daha sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Ehtimal nəzəriyyəsi” kafedrasında akademik B.V.Qnedenkonun rəhbərliyi ilə dissertasiya işi üzərində çalışıb.

T.Nəsirova 1964-cü ildə Daşkənd Universitetində fəlsəfə doktoru, 1994-cü ildə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda “Kütləvi xidmət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün akademik A.V.Skoroxodun elmi məsləhətçiliyi ilə dissertasiya işini müdafiə edib, 1997-ci ildə professor elmi adı alıb.

Çoxşaxəli əmək fəaliyyəti olan görkəmli alim 1958-1980-ci illərdə AMEA Kibernetika İnstitutunda laborant, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1980-ci ildən Bakı Dövlət Universitetində dosent, 1995-ci ildən isə professor vəzifələrində işləyib. 1994-cü ildən Kibernetika İnstitutuna qayıdan alim böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışıb.

T.Nəsirova ehtimal nəzəriyyəsi sahəsində tanınmış alim kimi ilk dəfə Semi-markov prosesləri ücün erqodik teoremi isbat etmiş, semimarkov proseslərinin tədqiqindən prosesin və onun sərhəd funksionallarının paylanmasının tapılması üçün üsul işləmiş, 3 müxtəlif tip semi-markov prosesləri arasında əlaqə yaradıb. Onun aldığı nəzəri nəticələr etibarlılıq, ehtiyatların idarə olunması, kütləvi xidmət və sığorta nəzəriyyələrində öz əksini tapıb. Dünyaşöhrətli alim Azərbaycanda özünün ehtimal nəzəriyyəsi məktəbini yaratmış və geniş elmi-tədqiqat işləri aparıb. Onun 100-dən çox elmi əsəri, o cümlədən 3 monoqrafiya, 2 kitab və 1 metodik vəsaiti nəşr olunub.

1964-cü ildən pedaqoji fəaliyyətlə məşğul olan alim 2007-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. T.Nəsirova, həmçinin 1996-2000-ci illərdə Türkiyənın “Karadeniz Teknik” Universitetində professor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 10 fəlsəfə doktoru elmi dərəcəsi alınıb.

T.Nəsirova haqqında “Azərbaycanın görkəmli qadınları”, “Azərbaycanın 100 görkəmli alimi”, Rusiyada çap olunan “Женщины-математики” riyaziyyat-tarixi oçerkində məlumat verilib, 2009-cu ildə “Birincilər” verilişinin bir buraxılışı (“İlk riyaziyatçı elmlər doktoru”) Tamilla Nəsirovaya həsr edilib. Onun adı “Математики Азербайджана ХХ века” və “Azərbaycanın Tanınmış alimləri” ensiklopediyalarına daxil edilib.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Aktrisa prodüseri tutdurdu
Ədalət Verdiyevin cəzası bu ola bilər — Hüquq nə deyir?
Dəvələr haqda maraqlı məlumatlar

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR