Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86656
az

Rusiyada elektron hərbi çağırışlar haqqında qanun qəbul edilib

21:0511 Aprel, 2023
186
DÜNYA
  • A

Rusiya Dövlət Duması hərbi xidmətə elektron çağırış vərəqələrinin çatdırılmasını nəzərdə tutan hərbi qeydiyyatın rəqəmsallaşdırılması haqqında qanun layihəsini qəbul edib.

Oxu24.com  “İnterfaks”a istinadən xəbər verir ki, bu gün yekun oxunuşda qəbul edilən qanuna əsasən, dövlət informasiya resursu əsasında hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri yaradılacaq və bu hərbi qeydiyyat sistemini şəffaf, məlumatların isə aktual olmasını təmin edəcək.

Sənəddə deyilir ki, elektron formada çağırış vərəqəsi vətəndaşın müvafiq informasiya resursundakı, informasiya sistemindəki şəxsi kabinetində yerləşdirildiyi andan təqdim edilmiş sayılır. Başqa sözlə, çağırışçının özünün vərəqəni nə vaxt görməsinin əhəmiyyəti yoxdur. Eyni zamanda, cari çağırış kampaniyası davam edərkən çağırışçı hərbi komissarlığa gəlməzsə, ona qarşı heç bir sanksiya tətbiq olunmayacaq. Sadəcə, həmin şəxs artıq növbəti çağırış dövrünə çağırışın başladığı gündən etibarən iki həftə ərzində hərbi komissarlığa gəlməyə məcburdur. Bu da baş verməzsə, hərbi komissarın rəqəmsal imzası ilə çağırışçıya səyahət məhdudiyyətlərinin tətbiq olunduğuna dair bildiriş göndəriləcək. Növbəti 20 gün ərzində hərbi xidmətə cəlb olunan şəxs yenidən gəlməzsə, digər tədbirlər görülə bilər: nəqliyyat vasitələrini idarə etmək, nəqliyyat vasitələrini qeydiyyata almaq, fərdi sahibkar və ya özünüməşğulluq fəaliyyəti ilə məşğul olmaq, kredit almaq hüququndan məhrum edilmək, daşınmaz əmlak və torpaq ilə bağlı əməliyyatların məhdudlaşdırılması və s. təklif edilir.

Qanunda kağız çağırış vərəqələrinin elektron formada təkrarlanması nəzərdə tutulur. Onlar həmçinin Dövlət Xidmətləri portalı vasitəsilə göndəriləcək. Qanun həmçinin hərbi xidmətə çağırış haqqında bildirişin sifarişli poçtla göndərilməsi imkanını da təqdim edir.

Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkədə güclü zəlzələ oldu
Rusiya sərhədinə gedən yolda qadağa
Putin Vitali Savelyevə yeni vəzifə verdi

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR