Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86636
az

Niyə evli kişilər subay və gənc qızlara meyllidir? - Psixoloq izah edir

17:5811 Aprel, 2023
340
TİBB
  • A

Son zamanlar evli kişilər tərəfindən aldadılan gənc qızların sayında artım müşahidə olunur. Özünü subay kimi təqdim edib gənc qızlarla hətta evlilik mərhələsinə kimi gələn kişilər haqqında demək olar ki, hər gün danışılır.
 
Maraqlıdır, niyə evli kişilər subay və gənc qızlara meyllidir? 

Bununla bağlı psixoloq Gülnar Orucova Sfera.az-a açıqlamasında deyib ki, bu hadisələr əvvəllər də olub, indi də:

"Sadəcə, əvvəllər smart telefonlar, sosial şəbəkələrin varlığı bu səviyyədə deyildi. Məsələn, bu gün insanlar xəyanət xəbərlərini eşidəndə heç də təəccüblənmirlər, çünki davamlı olaraq eşitdikləri şeylərdir. Lakin statistika etibarilə, xəyanətin səviyyəsi xeyli yüksəlib. Digər dövlətlərdə olduğu kimi dağılan ailələrin, boşanmaların sayı günbəgün artır. İnsanlar bəlli bir yaşdan sonra evlənməlidirlər – insan özünü dərk edəndə, öz ayaqları üstündə dura biləndə, qərarlarını sərbəst verəndə, evliliyə psixoloji, maddi və fizioloji baxımdan hazır olanda ailə qurmalıdırlar. Ailələr sevgi üzərində qurulmayanda kişi xəyanətə meylli olur. Bəzən elə olur ki, xəyanəti subay xanımlarla edirlər, nəinki, boşanmış, tənha insanlarla. 28-30 yaşa qədər kişilər özlərindən böyük xanımlarla münasibət qurmağa can atırlar. Çünki o yaşda özlərini böyümüş, kamil hesab edirlər, azyaşlı xanımlarla münasibətdə maraqlı olmurlar, həmin xanımların danışdıqları onlara uşaqcasına gəlir və s. Lakin bəlli bir yaşdan sonra – məsələn, 40 yaşdan sonra kişilər öz  yaşının kompleksinə düşürlər və cavan xanımlara  meyl etməyə başlayırlar. Aldadılan təbəqə isə daha çox gənc xanımlar olur. Müəyyən yaşa çatmış xanımı bəzən heç aldatmaq da olmur, çünki məntiqli düşünə bilir. Lakin yaşı az olan  - 18-25 arası xanımlar hardasa müəyyən yalanları tutmaya, hadisələri analiz etməyə bilərlər. Bunu təbii ki, hamıya aid etmək mümkün deyil, istisnalar var. Bu baxımdan evli kişilər qurban olaraq azyaşlı xanımları seçirlər”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan xanımlarının çoxu tanış olduğu oğlanla və ya kişi ilə çox tez evlilik söhbətləri açırlar:

"Bəzən kişilər bundan bezir və üz çevirib gedirlər. Xanımlarımız ailə qurmaq istəklərini çox tez biruzə verirlər. Bu da mental dəyərlərimizdən irəli gəlir. Gənc xanımların qurban olması həm də onların təcrübəsizliyindən irəli gəlir. Sözügedən şəxslər nələrisə (ailə, uşaq) tez əldə etmək istəyirlər. Yaxud  qarşı tərəfin vəzifəsinə, puluna aldanırlar. Ümumiyyətlə, kişilər sevdiyi xanımla evlənməlidir. Əgər belə olarsa, onun xəyanətinə, sədaqətsizliyinə az halda rast gəlmək olur. Əks halda isə, kişi davamlı olaraq sevgi axtarır. Bəzən kişi sevdiyi şəxslə ailə qurandan sonra belə, müəyyən yaşa çatanda ailədaxili münaqişələr, məişət problemləri onu xəyanətə məcbur edir. Ona görə də xanımlar ailə daxilindəki problemləri şişirtməsələr, yaxşıdır.  Elə bilirik ki, problemlər ancaq öz ailəmizdədir və bunu çox böyüdürük, amma belə deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ