Bakıda hərəkətin sıx olduğu daha bir ərazidə yol-hərəkəti qaydalarını pozaraq avtomobili arxa-arxaya sürən şəxsin görüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki, görüntülər Bakı-Sumqayıt yolunu 20 Yanvar dairəsi ilə birləşdirən tuneldə baş verib. “VAZ 21099” markalı, 24 BD 091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq hərəkətin sıx və sürətli olduğu yerdə maşını arxa-arxaya idarə edib. Hadisə vaxtı taksi kimi istifadə edilən avtomobildə sərnişinlərin olması da diqqəti cəlb edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, baş vermiş hadisə araşdırılır və fakta uyğun tədbirlər görüləcək.
Baş vermiş hadisənin görüntülərini təqdim edirik:
Qeyd edək ki, aprelin 9-da da şəhərin mərkəzində oxşar hadisə baş vermişdi.
Oxu24.com
ŞƏRHLƏR