Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86560
az

Əsgərlərimiz Ermənistanın 20 kilometr dərinliyinə necə gedib? - DETALLAR

09:3511 Aprel, 2023
505
ÖZƏL BÖLÜM
  • A

Erməni mediası Azərbaycan Ordusunun itkin düşən əsgərinin Ermənistanda həbs edildiyini iddia edib.

Bununla bağlı videogörüntülər yayılsa da, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadığı üçün məsələ qeyri-müəyyən olaraq qalır.

Ermənilərin iddialarındakı ziddiyyətlər də müəmmalı məqamları artırır. Erməni mənbələr azərbaycanlı əsgərin əvvəlcə Qarakilsə, daha sonra Bnunis kəndində olduğunu iddia edib. Bununla yanaşı, azərbaycanlı əsgərin bir erməninin evinə daxil olduğu, yemək yediyi, paltarını dəyişdikdən sonra isə kənd mağazasının önündə ermənilərlə kart oynadığı iddia olunur. Və bundan heç kimin xəbəri olmur. Müəmmalıdır. Videogörüntülərdə "azərbaycanlı əsgər” olaraq təqdim etdikləri şəxsin "üç gündür acam” sözləri ilə "erməni əsgərin evinə daxil olub, yemək yeyib” iddiaları da üst-üstə düşmür.

Təbii ki, hər şey rəsmi şəkildə aydınlaşdırılacaq. O da istisna deyil ki, əsgərlərimiz pis hava şəraitində azaraq, Ermənistan tərəfinə keçib.

Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyanın dedikləri də buradakı müəmmalı məqamları artırır.

Abramyan deyir ki, azərbaycanlı əsgər Sisyan rayonunun Aşotavan (Ağkənd) kəndində saxlanılıb. Halbuki, erməni mənbələr başqa kəndlərdən bəhs edirdi.

Ətraflı
Bununla yanaşı, Abramyan "saxlanılan azərbaycanlı əsgərin” sərhədi maneəsiz keçə bilməsinə diqqət çəkib.

"Azərbaycanlıları ilk olaraq müvafiq strukturların nümayəndələri deyil, yerli sakinlər saxlayıb”, - o bildirib.

Əgər "saxlanılma” xəbərlərinə inansaq, Abramyanın qeyd etdiyi bu məqam təsdiq edir ki, əsgərlərimiz yolu azaraq, sərhədi keçib. Əks təqdirdə ermənilərin iddia etdiyi kimi kəşfiyyatçı olsaydılar, nəinki yerli ermənilər, heç Ermənistanın hüquq-mühafizə orqanları da onları tuta bilməzdi.

Abramyan qeyd edir ki, Aşotavan kəndi Naxçıvanla sərhəddən düz xətt üzrə 19-20 kilometr, avtomobil yolu ilə 15-16 kilometr məsafədədir.

"Sərhəddi problem olmadan keçmələri, 19-20 kilometr dərinliyə nüfuz etmələri ölkənin təhlükəsizlik problemlərini göz önünə sərir”, - o bildirib.

Bütün bu fərziyyələr erməni mənbələrin yaydığı məlumatlar əsasında irəli sürülüb. Azərbaycan tərəfinin rəsmi məlumatı olmadığı müddətdə, dəqiq nəsə demək çətindir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
"Moon Kids" uşaq bağçasının müdiri 428 min manatlıqdələduzluqda     təqsirli     bilinir