ABŞ Silahlı Qüvvələrinin İllik Strateji Komandanlığı nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün bu həftə təlimlərə başlayacaq.
Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, “Global Thunder 23” adlı təlimə sabah, aprelin 11-də start veriləcək.
Məlumata görə, bu cür təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının yoxlanılmasıdır.
Təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.
Oxu24.com
ŞƏRHLƏR