Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86508
az

Polad Bülbüloğlu ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət

20:3510 Aprel, 2023
230
CƏMİYYƏT
  • A

Azərbaycanın Rusiyadakı səfirliyi "Polad Bülbüloğlu geri çağırılır" başlığı ilə yayılan məlumatlara aydınlıq gətirib.

Səfirlikdən bildirilib ki, yerli saytlardan birində dərc edilmiş bu xəbərin heç bir əsası yoxdur.

""Polad Bülbüloğlu geri çağırılır" başlıqlı xəbərlə bağlı bildiririk ki, "özəl" kimi təqdim edilən, daha çox oxucu cəlb etmək məqsədini güdən və söz yığınından ibarət yazının heç bir əsası yoxdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.

Azərbaycanın Rusiyadakı Səfirinin geri çağırılmasını "zəruri edən" "maliyyə pozuntuları" iddiası isə saytın istinad etdiyi mənbənin "zəngin" və xəstə təxəyyülündən xəbər verir. Belə ki, 2006-cı ildən Səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmamışdır.

Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır. Yalnız bu halda "özəl xəbər ünvanı" şüarına layiq ola bilərlər. Əks təqdirdə bu, "yalan xəbər ünvanı" şüarına çevrilə bilər", - deyə məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı