Bakının Binə qəsəbəsinin bəzi məhəllələri suya həsrətdir.
OXU24.COM Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu məhəlləsində 2 min nəfərdən çox ailə yaşayır.
Sakinlər iddia edir ki, yaxınlıqdakı bütün məhəllələrə su xətti çəkilib. Amma onlar uzun illərdir içməli suyu pulla alır.
Problemin həlli ilə bağlı "Azərsu" ASC-dən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirdilər ki, Binə qəsəbəsinin su təchizatı mərhələlərlə həyata keçirilir və gələcəkdə həmin ərazidə də yeni su xətləri inşa ediləcək.
Bakı şəhəri və ətraf qəsəbələrdə kanalizasiya sisteminin yenidən qurulması layihələri çərçivəsində gələcəkdə Binə qəsəbəsində tullantı su şəbəkəsinin yaradılması da nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR