Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86501
az

“Məşədi Dadaş” məscidinin yeni imamı kim olacaq? - AÇIQLAMA

18:1010 Aprel, 2023
142
CƏMİYYƏT
  • A

Nəsimi rayonu "Məşədi Dadaş" məscidinə yeni din xadiminin təyinatı barədə Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra açıqlama veriləcəyi bildirilmişdi.

Bu gün axşam "Məşədi Dadaş" məscidində Hacı Şahin Həsənlinin 40 mərasimi keçiriləcək.

OXU24.COM  xəbər verir ki, "Məşədi Dadaş" məscidinə imam təyinatı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verdiyimiz sorğuya cavab olaraq komitənin şöbə müdiri Cahandar Əlifzadə oxu.az-a açıqlamasında bildirib ki, din xadimlərinin təyinatı "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"na uyğun aparılır:
"Həmin qaydaya əsasən, din xadimlərinin təyinatı Dövlət Komitəsi tərəfindən təşkil olunan müsahibə və ya rotasiya vasitəsilə mümkündür. Qeyd olunanlara əsasən, "Məşədi Dadaş" məscidinin imamı vəzifəsinə təyinatın rotasiya qaydasında həyata keçirilməsi nəzərdə tutulub. Hazırda bir neçə namizəd barədə fikir mübadiləsi aparılır. Təyinat barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Sözügedən məscidə Hacı Ramil Bədəlovun imam təyin ediləcəyinə dair yayılan məlumatlara isə Cahandar Əlifzadə belə cavab verib:

"Ramil Bədəlovun hansısa məscidə imam təyin olunması məsələsinə isə yalnız həmin şəxs sözügedən müsahibədən keçdikdən sonra baxıla bilər. Dövlət Komitəsi 2022-ci ilin may və oktyabr aylarında məscidlərdəki vakant vəzifələrə müsahibə elan edib. Lakin R.Bədəlov həmin müsahibələrdə iştirak etmək üçün sənədlərini təqdim etməyib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Günəşdə iki güclü partlayış baş verdi
"Kupça"sı olmayanların NƏZƏRİNƏ! - Yeni sənəd... -VİDEO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
“Hoteldə qızlarla qalarkən basqın edib bizi MTN-ə aparıblar”