Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86427
az

İranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb

10:3508 Aprel, 2023
150
KRİMİNAL
  • A
Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları "Mobil" adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin "Mobil" adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı
Ali Məhkəmənin adından istifadə edərək dələduzluq edən şəxslərə cinayət işi açıldı
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı