Ermənistan Müdafiə Nazirliyi ABŞ tərəfindən təşkil edilən 2 hərbi təlimdə iştirak edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan "Twitter" hesabında bildirib.
"Müdafiə Nazirliyi bu il ABŞ Ordusunun Avropa Komandanlığı tərəfindən təşkil edilən iki təlimdə - KFOR və Saber Junction, iştirak etməyi planlaşdırır", Torosyan paylaşımında qeyd edib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR