Göyçayda 64 yaşlı kişi 21 yaşlı qızı parkda bıçaqlayıb.
Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, dünən Göyçay şəhər sakini Cəlalə İsmayılovanın bıçaq xəsarətləri alması barədə rayon polis şöbəsinə məlumat daxil olub:
"Göyçayda 1959-cu il təvəllüdlü Elbrus Əliyev 21 yaşlı Cəlalə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib. Hadisə şəhər ərazisində yerləşən parkların birində baş verib. Belə ki, onların arasında yaranan mübahisə zamanı C.İsmayılova E.Əliyevin ünvanına nalayiq ifadələr işlədib və sonuncu bundan əsəbiləşərək qadına üzərində daşıdığı bıçaqla xəsarət yetirib. Keçirilən tədbir zamanı ona rayon sakini E.Əliyev tərəfindən bıçaqla xəsarət yetirildiyi müəyyən edilib. Hər iki şəxsin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub".
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR