Cənubi Afrikada ağlasığmaz hadisə baş verib. Pilot oturacağın altında kobra olduğunu görüb.
OXU24.COM xəbər verir ki, sərnişinlərə həyəcan siqnalı vermədən təyyarədə ilan olduğunu deyən pilot hava limanına məcburi eniş edib.
Təyyarədən enərkən ilanın hələ də oturacağının altında olduğunu qeyd edən pilot, ilan təlimçiləri gəldiyi zaman heyvanın yoxa çıxdığını, daha sonra axtarışlara son qoyulduğunu bildirib.
Cənubi Afrikalı aviasiya mütəxəssisi Brayan Emmenis pilotun demək olar ki, heç vaxt görünməmiş bir vəziyyət qarşısında qəhrəmanlıq göstərdiyini, pilot panikaya düşərsə, təyyarənin qəzaya uğrayaraq insanların ölümünə səbəb ola biləcəyini bildirib.
Oxu24.com
ŞƏRHLƏR