Astara rayonunda 4 yaşlı uşağı it dişləyib.
Hadisə rayonun Toradi kəndində baş verib.
4 yaşlı A.Hüseynzadə həyətdə oynayarkən it hücum edərək onun üz nahiyəsini dişləyib.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı zərdab vurulub. Ambulator müalicəyə buraxılıb.
Oxu24.com
ŞƏRHLƏR